Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanıldı


Digərləri 07 Yan 2019 18:41:00 263 0

Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanıldı

Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Nicat Hüseynovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini Zöhrab Novruzov saxlanılıb.