Nəzarətçi olmaq istəyən 4000ə yaxın müəllim üçün seminarlar keçirəcək


Digərləri 07 Yan 2019 18:30:00 267 0

Nəzarətçi olmaq istəyən 4000ə yaxın müəllim üçün seminarlar keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 7-dən etibarən bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələlərə başlayıb.

Mərkəzdən Son.az-a verilən məlumata görə, yanvarın 24-dək davam edəcək seminarlar Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 3715 nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Nəzarətçilərin elektron qeydiyyatı" sistemində ümumilikdə 14927 nəzarətçi‑müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar‑məşğələlər keçiriləcək.