Xətai rayonunda qaz kəsildi


Digərləri 07 Yan 2019 18:11:40 483 0

Xətai rayonunda qaz kəsildi

Bakının Xətai rayonu ərazisində qaz xəttində sızma baş verib.

Son.az xəbər verir ki bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, baş verən qaz sızması nəticəsində Xətai rayonunun bir hissəsinə təbii qazın verilişi dayandırılıb:

"Hazırda ərazidə təmir işləri davam etdirilir. Yaxın saatlarda təmir işləri başa çatacaq və həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək".