BakıNaxçıvanBakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək


Digərləri 07 Yan 2019 18:04:00 235 0

BakıNaxçıvanBakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək

Yanvarın 11-dən hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib.

P.Məmmədova bildirib ki, sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan əvvəlcədən ala bilərlər:

"Avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək, Naxçıvandan isə saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir.