Qurbanov 6, Bordin 1 pillə gerilədi


İdman 07 Yan 2019 17:21:00 300 0

Qurbanov 6, Bordin 1 pillə gerilədi

Məşqçilərin 2019-cu ildə ilk reytinq siyahısı açıqlanıb.

Goal.az xəbər verir ki, hər həftə açıqlanan cədvəldə Topaz Premyer Liqası 2 mütəxəssislə təmsil olunub.

Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov 6 pillə geriləyib. 47 yaşlı mütəxəssis 1073 xalla 466-cı sırada qərarlaşıb.

Neftçi-nin italiyalı baş məşqçisi Roberto Bordin də son bir həftədə geriləyib. 1 addım aşağı yuvarlanan mütəxəssis 123 xalla 962-ci yerdədir.

Qeyd edək ki, cədvələ Barcelona-nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 14 min 990 xal.