Yevlax dilənçilərinin Şəki “macərəları” VİDEO FOTO


Kriminal 07 Yan 2019 17:45:00 443 0

Yevlax dilənçilərinin Şəki “macərəları”  VİDEO  FOTO

İtə nə veriblərsə, axşamdan səhərə qədər it ayılmadı.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Şəkinin Zunut kəndində oğurluq hadisəsi baş verib. Kənd sakini Arif İdrisov bildirir ki, həmin gün səhər qapısını iplə bağlayaraq anası ilə bazarlığa gedib. Geri qayıdanda tanımadıqları iki qadını həyətlərində görüblər. Onlar əvvəlcə özlərini dilənçi kimi göstərsələr də sonradan oğurluq məqsədi ilə evə girdikləri məlum olub. Arif İdrisov - zərəçəkən: "Anamla bazalığa getdik, qayıdanda gördük ki, evdə yad adam var". Qadınlar evdə heç kimin olmadığını bildikdən sonra itə dərman verərək zərərsizləşdiriblər. Sonra isə işlərini görüblər. Təranə İdrisova - zərəçəkən: "İtə nə veriblərsə axşamdan səhərə qədər it ayılmadı. Oğlum çarpayının altına baxdı ki, pullar yoxdur. Oğlum onları çağırdı ki, bir dəqiqə buraya qayıdın. Onlar qayıdana kimi Arif mənə dedi ki, qapını bağla. Qapını necə itələdilərsə qolum qapının arasında qaldı". Şəki Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər də məhkum olunan Nazlı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evdən 1166 manat pul və qızıl-zinət əşyalarını götürüblər. Hazırda onların başqa cinayət əməllərində əli olub-olmadığı araşdırılır. 


Xəbərə aid fotolar