Orta məktəbi bitirə bilməyənlər üçün imtahan keçirildi FOTO


Digərləri 07 Yan 2019 17:26:00 309 0

Orta məktəbi bitirə bilməyənlər üçün imtahan keçirildi  FOTO

Yanvarın 7-də Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən eksternat imtahanları keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI sinif) bitirə bilməyən şəxslər iştirak edib.

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 102 nəfər qatılıb. Eksternlər hərəsində 10 sual olmaqla 6 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat və informatika) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Eksternat imtahanları yanvarın 8-də digər fənnlər (Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə davam edəcək.


Xəbərə aid fotolar