İslamdan imtina etmiş 18 yaşlı qız:


Digərləri 07 Yan 2019 17:18:00 528 0

İslamdan imtina etmiş 18 yaşlı qız:

Deportasiyama imkan verməyin! Qoymayın bunu etsinlər! Vətənimə qaytarılsam, öldürəcəklər məni!

Səudiyyə Ərəbistanının vətəndaşı, 18 yaşlı Rəfaf Muhəmməd əl Qununi Twitter-dəki profilində belə yazıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, evdən qaçan və Səudiyyə Ərəbistanını təyyarədə tərk edən Rəfaf Taylandın paytaxtı Banqkokun beynəlxalq aeroportunda saxlanılıb. Onu vətəninə, Səudiyyə Ərəbistanına deportasiya gözləyir.

İslamdan imtina etdiyini deyən Rəfaf isə evə qaytarılsa, öldürücəyini deyir. Onun sözlərinə görə, Şəriət dinindən dönən müsəlman üçün ölüm cəzasını nəzərdə tutur. Səudiyyə Ərəbistanı isə Şəriət qanunları ilə idarə olunur.

Rəfafın valideynlərinin dediklərinə görə, qız evdən qaçıb.

Tayland DİN-i olayı "ailə məsələsi" kimi dəyərləndirib və əl Qununinin vətəninə deportasiya olunacağını bildirib.

Rəfafın sözlərinə görə, o, Avstraliyaya yollanmaq istəyirdi.


Xəbərə aid fotolar