İranda qum qasırğası - 43 nəfər xəstəxanaya düşüb


Digərləri 07 Yan 2019 17:17:00 295 0

İranda qum qasırğası - 43 nəfər xəstəxanaya düşüb

İranın Kirman vilayətinin şərqində baş verən güclü qum qasırğası nəticəsində indiyədək 43 nəfər tibb məntəqələrinə müraciət edib.

Bakı. Elnur Bağışov - İranın Kirman vilayətinin şərqində baş verən güclü qum qasırğası nəticəsində indiyədək 43 nəfər tibb məntəqələrinə müraciət edib. Trend-in məlumatına görə, Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib ki, hazırda 120 kənd qum qasırğasının mühasirəsindədir.