Gülnarə Xəlilovanın kolleksiyaları "Fashion Week Istanbul" Moda həftəsinin qonaqlarını və iştirakçılarını valeh edib


Kriminal 07 Yan 2019 17:05:00 515 0

Gülnarə Xəlilovanın kolleksiyaları "Fashion Week Istanbul" Moda həftəsinin qonaqlarını və iştirakçılarını valeh edib

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Turan" və "Toxunuş" kolleksiyaları  İstanbulda AFWEU-nun təşkil etdiyi "Fashion Week Istanbul" adlı Moda həftəsinin qonaqlarını və iştirakçılarını valeh edib.

Son.az Trend-ə istinadən bildirir ki, tanınmış dizaynerin rəngarəng dəfiləsi layihənin iştirakçıları tərəfindən təşəkkür məktubu ilə qiymətləndirilib.

AFWEU-nun təşkil etdiyi 2 günlük "Fashion Week Istanbul"da  Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Nepaldan olan 16 məşhur dizaynerin kolleksiyaları da sərgilənib. Onların arasında Raf Sərdarov, Aydarxan Kaliyev, Erol Albarak və Raşna Muce də olub.