Argentinalıya 3 ölkədən 3 təklif


İdman 07 Yan 2019 16:13:00 406 0

Argentinalıya 3 ölkədən 3 təklif

Paulo Dibalanın Juventus-dan ayrılacağı deyilir.

Goal.az Tuttosport nəşrinə istinadən xəbər verir ki, hücumçu 3 klubdan təklif alıb. Manchester City, PSGBayern Münich onun xidmətindən yararlanmaq istəyir. Turin klubu Dibalanı qışda satmayacaq. “Qoca senyora” argentinalını yayda 100 milyon avroya satmağı planlaşdırır. 25 yaşlı hücumçu cari mövsüm A seriyasında keçirdiyi 17 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.