Real Xamesi satır


İdman 07 Yan 2019 16:32:00 263 0

Real Xamesi satır

Real-ın Bayer Münich-ə icarəyə verdiyi Xames Rodriqes karyerasını İngiltərədə davam etirə bilər.

Goaı.az Mirror nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Arsenal-ın maraq dairəsindədir. İngilis klubu kolumbiyalının keçidinə 70 milyon avro ödəməyə hazırdır. Məbləğ madridliləri qane edir. Bayer Münich yarımmüdafiəçini tam transfer etmək niyyətində deyil. Real-dan 42 milyon avroluq təklif gəlsə də, Münhen klubu icarə müddəti başa çatandan sonra Xamesi geri göndərəcək. 27 yaşlı futbolçuyla Juventus da maraqlanır.

Cari mövsümdə Almaniya Bundesliqasında 11 oyuna çıxan Rodriqes 3 qol vurub.