İran vətəndaşları Azərbaycana narkotik keçirərkən həbs edildilər FOTO


Kriminal 07 Yan 2019 16:25:00 533 0

İran vətəndaşları Azərbaycana narkotik keçirərkən həbs edildilər  FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. 

Bu barədə Son.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən bildirilib. 

Məlumata görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu il yanvarın 2-də "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçirilərkən daxili orqanlarından, ümumilikdə, 392 qram narkotik maddə olan heroin aşkar olunub.


Xəbərə aid fotolar