Tələbə və məzunlar “Bank Respublika”da təcrübə keçə biləcək


Digərləri 07 Yan 2019 16:19:00 241 0

Tələbə və məzunlar “Bank Respublika”da təcrübə keçə biləcək

“Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən Bank Respublika, yeni ilin başlanması ilə daha bir təhsil layihəsinə start verir.

Bakı. Ötən il “Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən Bank Respublika, yeni ilin başlanması ilə daha bir təhsil layihəsinə start verir. “Bank Respublika”dan Trend-ə verilən məlumata görə, Bank IV kursda və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün “Qış Təcrübə Proqramı” elan edir. Yanvar – mart aylarında Bankın Baş ofisində və filiallarında həyata keçiriləcək layihə çərçivəsində iştirakçılar bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər. Proqramda iştirak etmək üçün tələb olunan meyarlara uyğun namizədlər 18 yanvar 2019 tarixinə kimi öz CV-lərini [email protected] ünvanına məktubun mövzu (subject) hissəsində “Təcrübə proqramı” yazmaqla göndərə bilərlər.