Ötən il 12 minədək vətəndaşa reabilitasiya xidmətləri göstərilib


Digərləri 07 Yan 2019 16:01:00 198 0

Ötən il 12 minədək vətəndaşa reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 35351 reabilitasiya vasitəsi verilib

Bakı. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 12 minədək əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, 9094 nəfərinə stasionar, qalanlarına isə ambulator xidmətlər göstərilib. Onların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları tətbiq edilərək kompleks bərpa-müalicə işləri aparılıb.