"Tesla" xaricdə ilk zavodunu Çində tikir


Digərləri 07 Yan 2019 16:07:27 219 0

"Tesla" xaricdə ilk zavodunu Çində tikir

"Tesla" şirkəti Çində özünün ilk elektromobil yığımı müəssisəsinin inşasına başlayıb.

Bakı. "Tesla" şirkəti Çində özünün ilk elektromobil yığımı müəssisəsinin inşasına başlayıb. Trend-in məlumatına görə, zavod Şanxay yaxınlığındakı Linqan sənaye zonasında yerləşəcək. Yeni zavod şirkətin ABŞ hüdudlarından kənarda yerləşən ilk müəssisəsi, eləcə də Çinin avtomobil sənayesində 100 faiz xarici kapitala malik ilk zavod olacaq. "Tesla" ilə Linqan inzibati rayonu və "Linqan" korporasiyası arasında zavodun tikintisi üzrə saziş 2018-ci ilin iyulunda imzalanıb. 2020-ci ilədək "Tesla Model 3" yığılmış modelini buraxmaq planlaşdırılır.