Azərbaycanda kişi arvadı yatdığı yerdə başına butulka vurdu


Digərləri 07 Yan 2019 15:58:00 455 0

Azərbaycanda kişi arvadı yatdığı yerdə başına butulka vurdu

Şəmkirdə kişi həyat yoldaşına yatdığı yerdə xəsarət yetirib. Qadının şəkilləri Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinə göndərilib.

Son.az xəbər verir ki, İctimai Birlikdən publika.az-a verilən məlumata görə, qadının əri içki aludəçisidir.

Birlikdən bildirilib ki, dünən gecə saatlarında 1985-ci il təvəllüdlü Gülnar Kazımovanın döyülmüş halda şəkilləri onlara göndərilib. Qadınla əlaqə saxlanılıb. O, ərinin yatdığı yerdə başına "butulka" ilə vurduğunu deyib.


Xəbərə aid fotolar