Boks çempionu polisi yumruqladı VİDEO FOTO


Dünya 07 Yan 2019 15:36:26 214 0

Boks çempionu polisi yumruqladı  VİDEO  FOTO

Yanvarın 5-də Fransada polisə hücum edən "sarı jiletli"lərdən birinin sabiq peşəkar boksçu, 2007-ci ildə Fransa çempionu olmuş Kristof Dettine olduğu aşkarlanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Parisdəki aksiya zamanı əynində sarı jilet olmayan 36 yaşlı K.Dettine əlində plastik qalxan, başında dəbilqə olan polis yumruqlayıb. "Masili qaraçı" ləqəbi ilə tanınan boksçu polisin başını yumruqlayıb. Daha sonra o, yerə yıxılmış polis təpikləyib.

Parisin Polis Departamentinin Twitter-dəki akkauntunda olayla bağlı belə açıqlama var: "Müsyö Dettine, peşəkar boksçu kimi bir çox qaydaları pozdunuz. Cinayət Məcəlləsində olanları sizə öyrədərik".

Fransanın daxili işlər naziri Kristof Kastaner isə bəyan edib ki, boksçu "bu yolverilməz və qorxaq əməli ilə bağlı izahat verməlidir".


Xəbərə aid fotolar