Sindzo Abe Kuril məsələsinə nöqtə qoyacağına and içib


Dünya 07 Yan 2019 15:04:00 198 0

Sindzo Abe Kuril məsələsinə nöqtə qoyacağına and içib

Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya ilə sülh müqaviləsinin bağlanması haqqında danışıqları başa çatdırmaq üçün maksimum səy göstərəcəyinə söz verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, həyat yoldaşı ilə birgə doğma yurduna - Yamaquti prefekturasının Naqato şəhərinə gələrək atasının məzarını ziyarət edən Baş nazir bildirib ki, 1982-1986-cı illərdə ölkənin xarici işlər naziri işləmiş atası Sintaro Abe də Moskva-Tokio münasibətlərinin yaxşılaşması üçün çalışıb:

"Mən babalarımın məzarı qarşısında and içdim ki, irəliləyiş əldə etmək üçün (Rusiya ilə Kuril üzrə danışıqlarda - red.) əlimdən gələni edəcək və bu məsələyə nöqtə qoyacağam".