Qabonda xalqı üsyana səsləyən hərbçilər həbs edildi


Digərləri 07 Yan 2019 15:01:23 211 0

Qabonda xalqı üsyana səsləyən hərbçilər həbs edildi

Qabonda xalqı üsyana səsləyən hərbçilər həbs edildi.

Bakı. Qabon hakimiyyəti bu gün milli radiostansiyanı ələ keçirən və xalqı Prezident Əli ben Bonqo Ondimbaya qarşı üsyana çağıran hərbçilərin həbs edildiyini elan edib. Trend-in məlumatına görə, rabitə naziri və hökumətin mətbuat katibi Qi-Bertran Mapanqu bəyan edib ki, hərbi qiyama cəhd edənlər həbs olunub, bir hərbçi qaçıb: "Vəziyyət nəzarət altındadır".