10 il axtardı, atasını


Digərləri 07 Yan 2019 14:50:00 217 0

10 il axtardı, atasını

31 yaşlı Mişel Ken illərdən bəri aradığı atasını, nəhayət ki, tapıb. O, 57 yaşlı Qreq Hiksi tapdığına görə özünü dünyanın ən bəxtəvər adamı sayır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-York şəhərində yaşayan Mişel 1986-cı ilin oktyabrında doğulub. Doğuşdan cəmi 6 saat sonra anası ondan imtina etmişdi.

Körpə Mişeli illərdən bəri övlad həsrəti çəkən cütlük - Coel Ken və Coan Ken övladlığa götürdülər.

Patoloqoanatom Coan Ken indi 68, nüvə fiziki Coel Ken isə 71 yaşdadır.

Onlar 10 il əvvəl Mişelə həqiqəti deyiblər, ata-anasının başqa adamlar olduqlarını söyləyiblər.

Mişel də valideynlərini aramağa başlayıb.

Analığı Coanın yardımı ilə Mişel gerçək anasını, 54 yaşlı Diananı 2009-cu ildə tapdı. Diana da ağladı, qızından üzr istədi, "23 yaşım vardı, övlad saxlayıb böyütməyə imkanım və gücüm yoxdu" söylədi, Mişelin atasının adını yaddan çıxardığını söylədi.

2015-ci ildə Mişel sevgilisi, 31 yaşlı Den Millerlə ailə quranda toya Diananı da çağırmışdı.

Toydan sonra Mişel atasının axtarışlarına başladı.


Xəbərə aid fotolar