Tanınmış psixoloqdan sevgililərlə dəyərli məsləhət


Digərləri 07 Yan 2019 14:36:00 194 0

Tanınmış psixoloqdan sevgililərlə dəyərli məsləhət

"Bir az süründür, qoy ağlı başına gəlsin"

Bəzən cütlüklərin sevərək ayrılmağına səbəb kənar şəxslərin müdaxiləsi, qoyulan qadağalardır.

Son.az xəbər verir ki, bunu tanınmış psixoloq Aytən Ələkbərova bildirib.

Ərköyün uşaqlar, qaynana-gəlin "düyünü" və boşanmalar - PSİXOLOQ DANIŞIR Onun sözlərinə görə, küsülü vaxtlardan digər qohumların kənardan verdikləri məsləhətlər hər zaman işin xeyrinə olmur: "Bir təsəvvür edək: istər oğlan, istərsə də qız bir yaxınına deyir ki, sevgilimlə küsüşmüşük. Dərhal verilən cavab "bir az süründür, qoy ağlı başına gəlsin" olur. Və ya oğlan anası "ya mən, ya o", qız anası isə "nə qədər həyatında o var, sən elə belə də gözüyaşlı olacaqsan" və s. deyir. Bütün bu müdaxilələrdə hər kəs şüuraltı olaraq öz sevgisinin uğurlu olub-olmamasının cavabını verir və heç kim qarşısındakı cütlüyün nə çəkdiyini düşünmədən hərəkətə keçir.