Bakıda kirayədə yaşayan gənci bıçaqlayan şəxsin məhkəməsi başladı


Digərləri 07 Yan 2019 14:27:00 206 0

Bakıda kirayədə yaşayan gənci bıçaqlayan şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası yanvarın 16-na təyin edilib.

İttihama görə, ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində, həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.