DİQQƏT! Su alarkən ehtiyatlı olun VİDEO FOTO


Digərləri 07 Yan 2019 14:14:00 264 0

DİQQƏT! Su alarkən ehtiyatlı olun  VİDEO  FOTO

Marketlərdən belə plastik qablarda aldığımız sular barədə bəzən heç də xoş olmayan fikirlər səsləndirilir. Hətta iddialara görə, bəzi işbazlar adi krant suyunu plastik qablara dolduraraq satır.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Eyyub Hüseynov - İstehlakçıların Hüquqları Komitəsinin sədri: "Bazarda olan təmizlənmiş su adı altında satılan, evlərə gətirilən suların çox böyük əksər hissəsi heç də təmiz su deyil. Birbaşa krantdan yığılma sudur". Ölkəmizdə hazırda 5, 10, 20 litrlik qablarda sular satılır. Belə qabların üzərində isə suların regionlarda doldurulması ilə bağlı məlumat olur. Guya bu sular Şahdağdan, Gədəbəydən və Lerikdən gətirilib. Eyyub Hüseynov: "Bu sahədə mükəmməl ekspertiza da yoxdur. Suyu yaxşı analiz etmək üçün onun minimum 30 parametri araşdırılmalıdır. Bunu isə heç kim araşdırmır". Sakin: "Alırdıq, amma peşmanıq almağmıza. Krant suyunu doldurub satırlar". Ekspertlərin sözlərinə görə, əsl bulaq suyu bulağın mənbəyində qablaşdırılmalıdır. Amma suyu paytaxtın mərkəzində, binanın padvalında qablaşdıranlara da rast gəldik. Adını da qoyurlar bulaq suyu. İsa Əliyev - Ekspert: "Restoranlara sırf ucuzdur deyə satırlar və bunlar təəsüflər olsun insan səhhəti üçün çox böyük təhlükədir. Yaxşı olardı ki, ümumiyətlə, suları alanda həm suyun hansı firmadan olduğuna, həm də bu suyun qablaşdırılmasına diqqət olunsun". Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Agentlikdən şifahi olaraq bildirildi ki, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda yoxlamalar aparılır. Əgər vətəndaşların qablaşdırılmış suların tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Məlumat verildikdən dərhal sonra şikayətlər agentliyin əməkdaşları tərəfindən araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun addımlar atılacaq.


Xəbərə aid fotolar