"Şahdəniz"də qaz hasilatı 100 milyard kubmetrə çatıb


Digərləri 07 Yan 2019 14:16:00 273 0

"Şahdəniz"də qaz hasilatı 100 milyard kubmetrə çatıb

Bu günlərdə Şahdəniz yatağından ümumi qaz hasilatı 100 milyard kub metrə çatıb.

Bakı. Bu günlərdə Şahdəniz yatağından ümumi qaz hasilatı 100 milyard kub metrə çatıb. “BP-Azerbaijan” şirkətindən Trend-ə verilən məlumata görə, bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığını və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyünü elan etdiyimiz vaxtdan tam 12 il sonra əldə edilib. 15 dekabr 2006-cı ildə elan edilmiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi və o vaxtdan bəri qaz həcmləri uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır. 2018-ci il isə Şahdəniz layihəsi üçün növbəti əlamətdar hadisə ilə yadda qalıb. Planlaşdırıldığı kimi, 30 iyun tarixində Şahdəniz 2 çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlanıb və iyulun sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edilib. 2006-cı ildən bəri Şahdəniz yatağından ümumilikdə həmçinin 196 milyon bareldən artıq kondensat hasil edilib.