Pike: “İspaniyada mübahisə etməyi sevirlər”


İdman 07 Yan 2019 13:44:00 254 0

Pike: “İspaniyada mübahisə etməyi sevirlər”

Barcelona-nın müdafiəçisi Jerard Pike VAR sistemindən danışıb.

Goal.az xəbər verir ki, müdafiəçi bu sistemin futbolda vacib olduğunu vurğulayıb: “ Əvvəllər VAR yox idi. Hamı sistemin yoxluğuna mübahisə edirdi. İndi sistem tətbiq olunub. Mübahisələr yenə də səngimir. Məncə, problemi özümüz yaradırıq. VAR hakimlərə kifayət qədər yardım edir. Sadəcə, İspaniyada mübahisə etməyi sevirlər”.

Xatırladaq ki, Real-Real Sosyedad matçında (0:2) meydan sahiblərinin hücumçusu Vinisus Junior rəqibin cərimə metdançasında kobudluqla üzləşib. Lakin hakim penalti təyin etmək üçün videotəkrardan yararlanmayıb.