Basqın edən maskalıların maskalarını çıxardılar - Məhkəmə qarşısında


Digərləri 07 Yan 2019 13:14:00 177 0

Basqın edən maskalıların maskalarını çıxardılar - Məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Axundov və Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Axundov və Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslər bildiriblər ki, ittiham aktının sürəti onlara təqdim edilməyib. Məhkəmə iclası yanvarın 9-dək təxirə salınıb. Qeyd edək ki, E.Axundov və R.Ağayev ötən il martın 7-də Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanılblar. E.Axundovun əvvəllər də məhkum olunduğu üzə çıxıb.