Şok kadrlar: doğum evində körpənin ağzına skotç vurdular VİDEO FOTO


Digərləri 07 Yan 2019 13:01:00 237 0

Şok kadrlar: doğum evində körpənin ağzına skotç vurdular  VİDEO  FOTO

12 həftəlik oğlanın ağzında əmzik var. O, az qalır boğulsun, əmziyi ağzından çıxarmaq istəyir, amma bacarmır. Çünki körpənin ağzına skotç vurulub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay İnquşetiyanın Nazran şəhərindəki Respublika Perinatal Mərkəzində yaşanıb.

Kadr arxasındakı qadının dediyinə görə, uşaq yeni doğulmuş körpələrin patologiyası bölməsindədir.

413-cü palatada olan ağzı skotçlu uşağın videosu sosial şəbəkələrdə yayılandan sonra böyük qalmaqal qopub.

Polis araşdırmalara başlayıb.


Xəbərə aid fotolar