Millimizi çalışdırmağa serb namizəd


İdman 07 Yan 2019 12:38:00 204 0

Millimizi çalışdırmağa serb namizəd

Qurban Qurbanovun gedişindən sonra Azərbaycan millisində boş qalmış baş məşqçi postuna axtarışlar davam edir.

Goal.az ua-football.com saytına istinadən xəbər verir ki, yığmamızı çalışdırmağa daha bir namizəd serbiyalı Slavolyub Muslindir. 65 yaşlı mütəxəssis hazırda Səudiyyə Ərəbistanının Al-Feiha klubunu çalışdırır. Ancaq onun iş yerini dəyişərək Azərbaycan yığmasının "sükanı arxası"na keçmək ehtimalının olduğu vurğulanıb.

2016-2017-ci illərdə o, Serbiya yığmasına rəhbərlik edib. Muslin həmin vaxt ölkəsinin komandasını DÇ-2018-in final mərhələsinə daşısa da, vəzifəsindən qovulub.