2 gün yağış yağacaq,


Digərləri 07 Yan 2019 12:50:00 251 0

2 gün yağış yağacaq,

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, yanvarın 8-9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: "Gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi 9-u axşam arabir güclənən şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 9-12 dərəcə arasında dəyişəcək".