Azərbaycanda dövlət binasında seyfi yardılar


Digərləri 07 Yan 2019 12:37:19 204 0

Azərbaycanda dövlət binasında seyfi yardılar

Yanvarın 5-də saat 22 radələrində Göyçay Regional Mühafizə Şöbəsindən Ucar rayonu ərazisindəki inzibati binaların birindən oğurluq edilməsi barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla xidməti otaqların birindəki seyfin kəsici alətlə qırılaraq pul oğurlamağa cəhd göstərildiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini Kənan İsmayılov qısa müddətdə müəyyən edilərək saxlanılıb.