"Taliban" Əfqanıstanda 10 polis və 3 hərbçini öldürdü


Dünya 07 Yan 2019 12:20:00 224 0

"Taliban" Əfqanıstanda 10 polis və 3 hərbçini öldürdü

Əfqanıstanın şimal-qərbindəki Baqdis vilayətində polis və hərbçilərlə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində azı 13 hərbçi və polisin həlak olduğu bildirilir. Həlak olanlardan 10 nəfərin polis, 3 nəfərin isə hərbçi olduğu qeyd edilir.