Azərbaycanda dolu daha çox BU RAYONLARA zərər vurur


Digərləri 07 Yan 2019 12:28:00 209 0

Azərbaycanda dolu daha çox BU RAYONLARA zərər vurur

Azərbaycanda dolu hadisəsinin kənd təsərrüfatına və yaşayış məntəqələrinə vurduğu zərərlərə görə rayonlaşdırılması aparılıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda dolu hadisəsinin kənd təsərrüfatına və yaşayış məntəqələrinə vurduğu zərərlərə görə rayonlaşdırılması aparılıb. Tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, rayonlaşdırılma aparılarkən dolu hadisələrinin inzibati rayonların kənd təsərrüfatlarının ümumi məhsuldarlığına və yaşayış məntəqələrinə vurdğu ziyan əsas göstərici kimi götürülüb. Onun sözlərinə görə, Azərbaycanda dolu hadisələrinin daha çox zərər vurduğu rayon Gədəbəy, Daşkəsən, Tovuz, Göygöl bölgələrinin ərazilərini əhatə edir. Rayonda əhalisi 178,1 min nəfər olan 278 yaşayış məntəqəsi və 54,6 min ha əkin sahəsi əsasən, may-iyul aylarında doluvurmaya məruz qalır. Tədqiqat nəticəsində doluvurmanın bu rayonun iqtisadiyyatına il əzində 6 milyon manatdan çox ziyan vurduğu müəyyən edilib. N.Paşayev qeyd edib ki, dolu hadisələrinin çox zərər vurduğu rayon Ağstafa, Qazax, Şamaxı, İsmayıllı, Zaqatala, Balakən, Şəmkir bölgələrinin ərazilərini əhatə edir. Rayonda əhalisi 120 min nəfər olan 143 yaşayış məntəqəsi və 38,4 min ha əkin sahəsi yaz və yay aylarında doluvurmaya məruz qalır. Doluvurma hadisələri rayonun iqtisadiyyatına il əzində 2-6 milyon manat həcmində zərər vurur.