Mingəçevirdə “Azərbaycan” İES-in 6-cı bloku yenilənib


Digərləri 07 Yan 2019 12:08:00 183 0

Mingəçevirdə “Azərbaycan” İES-in 6-cı bloku yenilənib

“Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq “Azərenerji” ASC tərəfindən həyata keçirilən işlər davam etməkdədir.

Bakı. “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq “Azərenerji” ASC tərəfindən həyata keçirilən işlər davam etməkdədir. 2018-2020 illəri əhatə edən reabilitasiya proqramının tərkib hissəsi olaraq müəyyən işlər hissə-hissə görülüb və görülməkdədir. ASC-dən Trend-ə verilən məlumata görə, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, Mingəçevirdə yerləşən 8 enerji blokundan ibarət “Azərbaycan” İES-in yenidənqurulması çərçivəsində istismar müddətini başa vuran avadanlıq və aqreqatlar yeniləri ilə əvəz edilir, stansiya və yarımstansiyalar tikilərək tamamilə yenidən qurulur.