7 kiloya yaxın narkotik götürüldü


Digərləri 07 Yan 2019 11:53:00 187 0

7 kiloya yaxın narkotik götürüldü

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da ümumi çəkisi 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərək kənd sakini Rüfət İsmayılovun evindən 6,3 kiloqrama yaxın həşiş, 57 qram marixuana və 10 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb. 

Hacıqabul  Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nətiəsində saxlanılan  şəhər sakini, əvvəllər məhkum olunmuş Asəf Cəfərovdan isə 49 qramdan çox tiryək və 480 qram marixuana götürülüb.