"Park Cinema" yeni ili "Krid2" ilə başlayır


Digərləri 07 Yan 2019 11:57:00 251 0

"Park Cinema" yeni ili "Krid2" ilə başlayır

Yanvarın 8-də "Park Cinema Park Bulvar" kinoteatrında rejissor Stiven Keyplın "Krid-2" bədii filminin qapalı nümayişi keçiriləcək. Baş rollarda Maykl B. Cordan və Silvestr Stallone çəkildiyi film əfsanəvi Rokki Balboanın və onun iddialı yetirməsi Adonis Kridin növbəti zirvəni fəth etməsi haqqında bəhs edir. Bu dəfə onların rəqibləri Kridin atasını bir neçə il əvvəl ringdə öldürən rus boksyor İvan Draqo və onun oğlu Viktor Draqodur.

"Bəzi ölkələrdə bu film "Rokki-8" adı ilə çıxır, bu da təsadüfi deyil. Filmin baş qəhrəmanı onun yetirməsi olsa da, Silvestr Stallonenin xarizması və Rokki haqqında hekayə öz işini görür. Biz, "Park Cinema" olaraq, çox şadıq ki, yeni ili məhz bu filmlə açırıq. Yanvarın 10-u "Krid-2" artıq kinoteatrlarımızda yayımlanacaq", - "Park Cinema"nın piar meneceri Rüstəm Fətəliyev deyə bildirib.

"Park Cinema" Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində "Flame Towers"də yerləşən "IMAX 3D", "Park Bulvar"da fəaliyyət göstərən "LaseR" və "Metropark"dakı "Birkart Dolby Atmos" zalı var. 


Xəbərə aid fotolar