Sabunçuda iki avtomobil qaçıran yeniyetmə saxlanılıb (FOTO)


Digərləri 07 Yan 2019 11:54:23 227 0

Sabunçuda iki avtomobil qaçıran yeniyetmə saxlanılıb (FOTO)

Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hundai” markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib.

Bakı. Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hundai” markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal Şöbədə araşdırmalara başlanılıb hadisə yerinə baxış keçirilib və qeyd edilən oğurluq hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü İ.H saxlanılıb. O, ifadəsində avtomobili talama məqsədi ilə yox, sürmək üçün qaçırdığını bidirib.