Modriç: “Oturub kişi kimi söhbət etməliyik”


İdman 07 Yan 2019 11:17:00 272 0

Modriç: “Oturub kişi kimi söhbət etməliyik”

Real-ın yarımmüdafiəçisi Luka Modriç Real Sociedad-a (0-2) məğlubiyyətdən sonra verdiyi açıqlamada klubda problemlərin olduğunu deyib.

Goal.az xəbər verir ki, xorvat son matçlarda əvvəlki kimi oynamadıqlarını etiraf edib:

“Futbolçularımızın əksəriyyəti bacardığı oyunu göstərmir. Hər oyunda problem yaşamalı oluruq. Qol vəziyyətləri yaradırıq. Vura bilmirik. Əvəzində çox qol buraxırıq. Bunun konkret səbəbləri var. Əminəm ki, belədir. Real Sociedad-la oyunda hakim bizə qarşı ədalətsiz oldu. Penaltini vermədi. Nəticədə uduzduq. Amma Real-ın problemləri hakimliklə, videotəkrarlarla bağlı deyil. Başqa səbəb var. Komanda indi yaxşı vəziyyətdə deyil. Birlik pozulub. Oturub kişi kimi söhbət etməliyik”.

Xatırladaq ki, Real öz meydanında Real Sociedad-a 0-2 hesabı ilə uduzub.