"Taliban" bəlası Əfqanıstanda 10 polis və 3 hərbçini öldürdü


Digərləri 07 Yan 2019 11:19:37 221 0

"Taliban" bəlası Əfqanıstanda 10 polis və 3 hərbçini öldürdü

Əfqanıstanın şimal-qərbindəki Baqdis vilayətində polis və hərbçilərlə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma baş verib.

Bakı. Əfqanıstanın şimal-qərbindəki Baqdis vilayətində polis və hərbçilərlə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma baş verib. Trend-in məlumatına görə, toqquşma nəticəsində azı 13 hərbçi və polisin həlak olduğu bildirilir. Həlak olanlardan 10 nəfərin polis, 3 nəfərin isə hərbçi olduğu qeyd edilir.