Bakıda BASQIN: ev almaq adı ilə müştəri kimi gəldilər və...


Digərləri 07 Yan 2019 11:03:00 222 0

Bakıda BASQIN: ev almaq adı ilə müştəri kimi gəldilər və...

Bakıda qadının evinə basqın edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, R.Teymurov küçəsi, ev 30, mənzil 40-da baş verib.

Həmin ünvanda yaşayan Mobilova Reyhan Nemətulla qızı evini satmaq üçün alqı-satqı ofisinə müraciət edib.

Yanvarın 6-da mənzilə gələn 3 nəfər naməlum şəxs özünü müştəri kimi təqdim edərək evə daxil olublar.