Ad gününə yığışan 5 rəfiqə faciəvi şəkildə öldü


Dünya 07 Yan 2019 10:08:00 257 0

Ad gününə yığışan 5 rəfiqə faciəvi şəkildə öldü

Otaqdan qaçış oyunlarının keçirildiyi məkanda baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb.

Son.az Mirror-a istinadla xəbər verir ki, Polşanın Koşalin şəhərindəki oyun kvestində yanğın olub. Nəticədə 5 yeniyetmə qız dünyasını dəyişib.

Otağın təxliyə sisteminin düzgün qurulmadığına görə qızlar vaxtında xilas ola bilməyiblər.

Ölənlərin 5-nin də 15 yaşı olub və onlardan biri doğum gününü qeyd edib. Yanğında həlak olanlardan 4-nün adı açıqlanıb və şəkilləri mətbuatda yayılıb.

Adları Karolina Barabas, Wiktoria Julia Pietras, Gosia Tymieniecka və Amelia Wieczorek olan qızlar eyni sinifdə oxuyublar.

Yanğınsöndürənlərin dediyinə görə, qızların olduğu bağlı otağı açmaq üçün xüsusi texnika və mütəxəssis lazım olub.

Yanğın qazsızma nəticəsində baş verib. Yaxınlıqdakı qazanxanadan sızan qaz qısaqapanmaya görə yanğın yaradıb.


Xəbərə aid fotolar