Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası yazı müsabiqəsi elan edir


Digərləri 07 Yan 2019 10:05:00 182 0

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası yazı müsabiqəsi elan edir

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatların nəticəsində əldə olunan nailiyyətlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

Bakı. Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatların nəticəsində əldə olunan nailiyyətlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir. Komitədən Trend-ə verilən məlumata görə, "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsi 30 yanvar gömrük əməkdaşlarının peşə bayramına həsr olunur . Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması: Mükafatlandırılma aşağıdakı formada aparılacaq: I yer – 1 nəfər - 1000 manat II yer – 2 nəfər - 800 manat III yer –2 nəfər - 500 manat Həvəsləndirici mükafat 5 nəfər - 200 manat Müsabiqənin istiqamətləndirici mövzuları aşağıdakılardır: 1. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və ölkə başçısı cənab İlham Əliyevin davam etdirdiyi müasir gömrüyün inkişaf modelləri; 2. Gömrük sistemində aparılan islahatların gömrük- biznes əməkdaşlığında rolu; 3. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri; 4. Gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət və onun nəticələri; 5. Ticarətin asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər; 6. Elektron gömrük fəlsəfəsi; Azərbaycanda bu sahədə görülən işlər, dünya praktikası; Qiymətləndirmə meyarları: - mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma; - materialın oxucu üçün informasiyalılıq səviyyəsi; - yazının dil və üslub xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi;