Qəbələ ilk transferi açıqladı


İdman 07 Yan 2019 09:40:00 236 0

Qəbələ ilk transferi açıqladı

2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verən Qəbələ qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, “Qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu sıralarına qatıb. Son klubu Zirə olan 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.

2010/11, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də Qəbələ-də çıxış edən Nəzirov “qırmızı-qara” formada ümumilikdə 28 oyun keçirib. Bunlardan 25-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib. Anar karyerası ərzində həmçinin Kəpəz, Turan, Neftçi, StandardSumqayıt-ın da formasını geyinib. O, Premyer Liqada 219 matç keçirib.