Daş karxanasında ölüm


Digərləri 07 Yan 2019 09:14:00 232 0

Daş karxanasında ölüm

Cəlilabad sakini daş karxanasında xəsarət alması nəticəsində ölüb. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda fəaliyyət göstərən daş karxanalarının birində baş verib.

Daş karxanasında işləyən Cəlilabad rayonunun Əliqasımlı kənd sakini Mehdiyev Vüqar Əlizadə oğlunun üzərinə mişar daşı düşüb. Nəticədə o, ölüb. Hazırda mərhumun meyiti doğulduğu kəndə gətirilir.

Faktla bağlı araşdırma aparılır.