Maduro Venesuela parlamentinin yeni spikerini ABŞın agenti adlandırıb
Dünya 07 Yan 2019 08:52:00 199 0
Venesuela prezidenti Nikolas Maduro ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı Xuan Quaido ABŞ-ın agentidir.
"O idarə olunan oyuncaqdır, ABŞ-ın kəşfiyyatının orqanları tərəfindən hazırlanmış agentdir, məhz onlar ona rəhbərlik edirlər", - deyə prezident iddia edib.
Son.az "report"-a istinadən bildirir ki, Quaido bir neçə gün əvvəl Venesuela parlamentinin rəhbəri vəzifəsinin icrasına başlayıb.
Mənbə: milli.az