İraqda terror aktları törədilib, ölən və yaralananlar var


Dünya 07 Yan 2019 08:33:00 234 0

İraqda terror aktları törədilib, ölən və yaralananlar var

İraqın şimalında, Kərkük vilayətində törədilən iki partlayış nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Son.az "report"-a istinadən bildirir ki, partlayıcı qurğuların İŞİD terrorçuları tərəfindən işə salındığı ehtimal edilir.

İraqın Daxili İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Məcid "Anadolu"ya bildirib ki, partlayıcı qurğulardan biri Kərkük şəhərindən şimal-qərbdəki Hübeydə kəndində işə salınıb. Partlayış ərazidən mülki şəxslərin olduğu avtomobil keçərkən törədilib. Nəticədə 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.