İspaniyada 15 yaşlı yeniyetmə lotereyeda 200 min avro udub


Digərləri 07 Yan 2019 05:57:00 228 0

İspaniyada 15 yaşlı yeniyetmə lotereyeda 200 min avro udub

İspaniyada ənənəvi lotereya oyununun qalibi on ilə yaxın müddət bundan əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.

Bakı. Tural Turan - İspaniyada ənənəvi lotereya oyununun qalibi on ilə yaxın müddət bundan əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub. Trend-in məlumatına görə, yeniyetmə ona külli miqdarda pul qazandıran lotereya biletini oyundan 1 gün əvvəl 20 avroya alıb. "Mən bilmirəm bu pulla nə edəcəm. Ola bilər yeni mobil telefon alım və ya pulu kiçik mənzilə qoyum", - deyə yeniyetmə etiraf edib.