Günün qoroskopu: Ailə üzvlərinə maksimum diqqət ayırın


Digərləri 07 Yan 2019 00:01:00 232 0

Günün qoroskopu: Ailə üzvlərinə maksimum diqqət ayırın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - hadisələrlə gərgin gündür. Darıxmağa vaxt qalmayacaq. Ən yaxşı nəticəyə ən qısa zamanda nail olmağa çalışmaq istəyi ilə sürətli və aktiv olmağa çalışırsınız. Pis deyil, amma qərarlarınızı götür-qoy edin.

Günün ikinci yarısında effektiv ola biləcək bu taktika ikinci yarıda problemlər yarada bilər.

Nüfuzlu insanlar, qohumlar, rifahınızın müəyyən mənada asılı olduğu insanla mübahisələr istisna deyil.

Güzəştə gedin. Amma bunu normal edin ki, yaxın ətrafınızdakı insanlarda inciklik hissi yaranmasın.

Meteohəssas insansınızsa, səhhətinizdə problemlər yarana bilər.

Buğa - yeni işə başlamazdan əvvəl bir qədər başladığınız işi bitirin. Yarımçıq işlər saxlamayın. Yalnız belə halda uğurlara nail ola bilərsiniz.

Maliyyə işlərinizdə qayda yaradın, imkanlarınızı dəqiq qiymətləndirin. Xərcləri azaldın. Planlaşdırdığınız gəlirlər olmaya bilər.

Yaşlı qohumlarla münasibətləri korlamayın.

Qısqanc olmayın. Sevdiyiniz insana sizdən şübhələnməyə əsas verməyin.

Əkizlər - həddən artıq sifariş və ya tapşırıq qəbul etməyin. İfrat çalışmaq yorğunluq yarada bilər. Ən ağır işlərdən birini etibar etdiyiniz insana tapşıra bilərsiniz. Boşalan vaxt və yaranan imkanları əsas işə yönəldin.  

Mühüm məsələləri həll etmək üçün əlverişli zaman deyil. Situasiyanı dəyərləndirərək bütün amilləri nəzərə ala bilməyəcəksiniz.

Maliyyə problemləri yaranacaq. Dostlar və qohumlar bu problemlərin həllində sizə yardım edəcəklər.

Alış-verişdə tələskənlik etməyin.

Dəvət aldığınız yerdə faydalı tanışlıq baş tutmayacaq.

Xərçəng - yeni işlərə başlaya bilərsiniz. Həmin işlər nə qədər mürəkkəb və maraqlı olarsa, öhdəsindən bir o qədər tez gələcəksiniz. Əvvəllər əldə etdiyiniz biliklər və bacarıqlar karınıza gələcək. Təcrübənizdən yararlanmağa çalışın. Uğurlarınız diqqətsiz qalmayacaq. Ünvanınıza tənqidlərlə yanaşı, təriflər də eşidəcəksiniz. Tənqid edənlərin əksəriyyəti sizə paxıllıq edən kəslərdir.

Daşınmaz əmlakla bağlı məsələlərin həlli, habelə inşaat və ya köçə başlamaq üçün yaxşı gündür.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Bu minvalla ciddi, müsbət dəyişikliklərə nail ola bilərsiniz.

Şir - intizamlı və dəqiq olun. Heç nəyi unutmayın, diqqətdən qaçırmayın. Peşəkar fəaliyyət baxımından əlverişli zamandır. İşdə həmkarlar və rəhbərliklə münasibətlərdə mənasız konfliktiklər yaratmayın. Usandırıcı, yorucu zamandır.

Hədiyyə alınması, gəlirlərin artması istisna deyil.

Günün ikinci yarısındakı tanışlıq taleyinizdə mühüm rol oynaya bilər. Hadisələrin məcrasına müdaxilə etməyin. Olayların öz axarında cərəyan etməsinə şərait yaradın.

Qız - peşəkar fəaliyyət müstəvisində müsbət dəyişikliklər ola bilər. İndiyədək dil tapmadağınız insanlarla münasibətləri normallaşdırmağa çalışın. Mübahisədən sonra barışın, sərinləşmiş əlaqələri bərpa edin.

Müşkül məsələlərin müzakirəsi heç bir halda kəskin ixtilafa çevrilməməlidir. Ortaq məxrəcə gəlmək asan olmasa da, səbrli və soyuqqanlı davranın.