Ev arzulayanlara şad xəbər: büdcə artdı


Digərləri 06 Yan 2019 23:59:00 207 0

Ev arzulayanlara şad xəbər: büdcə artdı

Bu il daha çox vətəndaşın ipoteka kreditindən yararlanmaq imkanı olacaq. Çünki dövlət büdcəsindən ipoteka kreditlərinə ayrılan vəsaitin həcmi artırılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, iqtisadçı ekspert Ruslan Atakişiyev dövlət büdcəsindən ipotekaya ayrılan vəsaitin həcminin ötən illə müqayisədə artdığını bildirib.

"İpoteka haqqında" qanuna edilən dəyişiklikləri şərh edən Ruslan Atakişiyev qeyd edib ki, yeniliklərdən biri ipoteka predmeti olan girovun satışa çıxarılması tələbi ilə bağlıdır.