Kişini əsəbiləşdirmək istəyirsinizsə...


Digərləri 06 Yan 2019 23:45:00 206 0

Kişini əsəbiləşdirmək istəyirsinizsə...

Sevdiyiniz sizi çox əsəbiləşdirib, ondan intiqammı almaq istəyirsiniz? Kişilər həqiqətən bu hərəkətlərə çox əsəbiləşirlər.

- Sevginizi elan edin, onu da özünüzə aşiq edin, sonda geri çəkilin.

- Hökmranlığın kimin əlində olduğunu göstərmək üçün mesajlarına, "mail"lərinə gec cavab verin.

- Sizi lazım gələrsə, 20 il belə gözləməsini istəyin.

- Zəng etdiyində tez söhbətinizi yarım qoyub cavab verməyin. Bir az gözləsin.

- Səhvən şəxsi qeydlərini oxuyub sonra izahat tələb edin.

- Sizin yanınızda telefonuna zəng gələrsə, " hə, bu kimdir görəsən" deyib, ağız-burun əyin.

- Görüşlərə 15 dəqiqə gec getməyi vərdiş edin.

- Hətta görüşlərinə getməyin. Sözlərinizin heç birini tutmayın. 

- Bahalı restoranlara aparanda yemək gələn kimi aclıqdan çıxmış kimi yeyin.

- Elə davranın ki, sanki heç ev işi bacarmırsınız. 

- Sizə hədiyyə aldığı ev əşyalarını anasına hədiyyə edin.

- Ən sevdiyi dostunu tənqid edin.

- Ən xoş günündə mübahisə yardın.

- O, maşın sürərkən elə hey sürməyinə qarışın.

- Film seyr edərkən əlini tutmayın.

- Zarafatlarına gülməyin.

- Keçmiş qız sevgililərini lağa qoyun.

- Yatmaq istədiyində lazım olmasa belə, gecə lampasını yanılı saxlayın.

- Yatarkən qol və ayaqlarınızla ona möhkəm sarılın ki, bütün bədəni keyimiş olsun.

- Zəngli saat çaldığında söndürməyin

- Hər gecə yatağa girmənizi gözləyərkən işinizi uzadın, sonra da yosunlu maska çəkib yatın.